Nazirlik iməcilik keçirdi

nazirlik-imecilik-kecirdi
Oxunma sayı: 818

5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Binəqədi-Novxanı yolunun sol kənarında iməcilik keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, qeyri-hökumət təşkilatları, ictimai birlik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 100 m3-ə qədər məişət tullantısından təmizlənib.

İməciliyin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Hər il 5 iyun “Ümumdünya ətraf mühit günü”ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.