Nazirlik iş elanı verdi

nazirlik-is-elani-verdi
Oxunma sayı: 3242

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=350&DoKod=208&fbclid=IwAR3VQw5BjQLA7tqqSSk0asUSWcGcezzhbiNnX2PxCMUMI3HcAVUM1FYoYyk

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=349&DoKod=208&fbclid=IwAR191OGGXenq8fx7NG9R0yWU5V6oRQF2Kb0az1wus7QYuxzFcwGHae_2_q0