Nazirlik işçisi ürəktutmadan öldü

nazirlik-iscisi-urektutmadan-oldu
Oxunma sayı: 641

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşı vəfat edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Şəhriyar Quşanq oğlu Nikipur 41 yaşında ürək tutmasından dünyasını dəyişib. 

Qeyd edək ki, mərhum uzunmüddətli  səmərəli fəaliyyəti ilə nazirliyin nümunəvi əməkdaşlarından olub. O, bir sıra beynəlxalq tədbirlərdə çalışdığı qurumu uğurla təmsil edib. 

Ş.Nikipur bir neçə ay əvvəl iş yoldaşı ilə evlənmişdi.