Nazirlik korrupsiya ilə bağlı müraciətlərə aydınlıq gətirdi

nazirlik-korrupsiya-ile-bagli-muracietlere-aydinliq-getirdi
Oxunma sayı: 1633

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov  ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciətlərin ən çoxunun təmsil etdiyi quruma aid olması faktına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, F. Talıblı feysbukda qeyd edib ki, hesabata əsasən, İdarəyə 2019-cu ildə ən çox material (il ərzində 32 material) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olub: “Bu göstərici Nazirliyin öz fəaliyyət və əhaliyə xidmət sahələrində korrupsiya elementlərinin aşkar edilərək tam aradan qaldırılmasına, şəffaflığın təminatına doğru çevik və məqsədəuyğun tədbirlərinin, apardığı köklü islahatların bir göstəricisidir:

“Bu kimi tədbirlər qanun pozuntularının aradan qaldırılmasına, qanunazidd əməllərə yol vermiş şəxslərin cinayət və inzibati məsuliyyətə cəlb edilmələri ilə bərabər, gələcəkdə qanun pozuntularına yol verilməsinin qarşısının alınmasında da xüsusi önəm kəsb edir. 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də bu tədbirlər davam etdiriləcək”.