Nazirlik kreativ müsabiqə elan etdi

nazirlik-kreativ-musabiqe-elan-etdi
Oxunma sayı: 1468


Müsabiqənin mövzuları:

• “Universal Çağrı  mərkəzi” loqotipi üzrə

• “Universal Çağrı  mərkəzi” şüarı üzrə

Müsabiqəyə təqdim olunan loqotipə və şüara aid tələblər

• Müsabiqədə iştirak sərbəstdir

• Müsabiqəyə hər bir şəxs tərəfindən təqdim edilən loqotip və (və ya) şüar sayına məhdudiyyət qoyulmur

• Müsabiqə istirakçılarından kreativlik tələb olunur

• Təqdim olunan loqotip və (və ya) şüar unikal olmalı, hər hansı təşkilatın loqosuna, şüarına və ya devizinə, marka və ya nişanına bənzəməməlidir

• Plagiat hesab olunan loqotip və (və ya) şüar müsabiqəyə qəbul edilməyəcəkdir.

Müsabiqəyə təqdim olunan loqotipin aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (loqotipin başqa formatda, ölçüdə göndərilməsinə məhdudiyyət qoyulmur):

• Loqotip PNG, TİFF, CDR, PSP, Aİ, EPS, WMFformatlarından birindəolması

• Loqotipin ölçüsüsunu300 dpi və daha çox olması

• Loqotipin rəngli və monoxrom variantda təqdim olunması

Müsabiqəyə təqdim olunan şüarın aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur(şüarın bir neçə sözdən ibarət olmasına məhdudiyyət qoyulmur):

• Azərbaycan dilində olması

• Üç sözdən artıq olmaması

2014-cü ilin mayın 6-dan 26-dək davam edəcək müsabiqəyə təqdim edilmiş ən maraqlı, kreativ və “Universal Çağrı  mərkəzi”nin fəaliyyətinə uyğun loqotip və şüarların ən yaxşısı seçilərək onların müəllifləri mükafatlandırılacaq:

• Loqotip üzrə : “Surface PRO” planşetiilə

• Şüar üzrə: “Microsoft Surface RT + Touch Cover” planşeti ilə

İştirakçılar öz işlərini facebook.com/vergiler - səhifəsinə, həmçinin [email protected] ünvanına göndərə bilərlər.