Nazirlik MAXE qəbulunu elan edir

Nazirlik MAXE qəbulunu elan edir
Oxunma sayı: 1366

Müdafiə Nazirliyinin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

“Qafqazinfo” xəbər verir ki, orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmət keçmiş 30 yaşınadək vətəndaşlar iyunun 28-dən iyulun 23-dək hərbi birliklər, Hərbi Dəniz Qüvvələri, eləcə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Nəzəri və praktiki imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.