İyulun 11-də saat 10.30-da “Holiday İnn” hotelində Azərnaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfransı keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq.
Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Milli Məclisin deputatlarının qatılacaqları toplantıda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.
Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Şurası ilə birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq.
Son xəbərlər
Son Xəbərlər