“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı aşağıdakı mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb:
Sumqayıt şəhərində
* Nizami küçəsi, 3/54 ünvanında Mikayıl Məmmədova məxsus “Osmanlı” kafesində;
* 20 Yanvar və N.Nərimanov küçələrinin kəsişməsində Murad Bağırova məxsus “Bibər Pizza” restoranında;
* 34-cü məhəllə, 50 ünvanında İlkin Məmmədliyə məxsus “Street Food” kafesində;
Goranboy rayonunda
* Muzdurlar kəndində Eşqin Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Sabunçu rayonunda
* Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 3 ünvanında Şəfiqə Sadıqovaya məxsus mağazada;
* Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova və A.Mustafayev küçələrinin kəsişməsində yerləşən Kamran Mustafayevə məxsus mağazada;
Binəqədi rayonunda
* Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 44 ünvanında Cəfər Zeynalova məxsus mağazada;
* Binəqədi qəsəbəsində Müqəddəs Əyyubova və Şövqi Xanəhmədova məxsus mağazalarda;
Sabirabad şəhərində
* H.Əliyev prospektində Kamil Nadirova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
* Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 16 ünvanında Arzu Ağayevaya məxsus mağazada;
İqtisadiyyat və Sənaye Nazirliyi
Sumqayıt şəhərində
* 16-cı məhəllə, 43/4 ünvanında Təzəgül Həsənovaya məxsus mağazada;
Xaçmaz şəhərində
* H.Əliyev prospektində Azər Yusifova məxsus mağazada;
Ağsu şəhərində
* Nizami küçəsində Samir Məmmədova məxsus mağazada;
* Bakı-Qazax yolu, 157-ci km-də Həsrət Məlikova məxsus mağazada;
Qax şəhərində
* Azərbaycan küçəsində Elsəvər Tənzilova məxsus mağazada
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər