Azərbaycanda “Orqan və toxumaların transplantasiyası haqqında” Qanun Səhiyyə komitəsində hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bu qanunla bağlı Nazirlər Kabineti tərəfindən geniş sərəncam hazırlanmışdı:
“Bu qanun artıq həyata keçirilməyə başlayır. Səhiyyə Nazirliyi çox geniş tədbirlər planı hazırlayıb. Donor bankının, bu sahədə mütəxəssislərin hazırlanması barəsində geniş tədbirlər həyata keçirilir. Bu qanun çox geniş miqyasda tətbiq olunandan sonra ölkəmizdə bu sahədə olan problemlər öz həllini tapacaq”.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər