Nazirlik partlayışla bağlı məlumat yaydı

nazirlik-partlayisla-bagli-melumat-yaydi
Oxunma sayı: 5044

FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub. 

Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib.

Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.