Nazirlik prokurorluğa müraciət etdi

nazirlik-prokurorluga-muraciet-etdi
Oxunma sayı: 1106


“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a Kənd Təsəsrrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Aparılan monitorinq zamanı İmişli rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən  Nazirlər Kabinetinin  2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına  yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.