Nazirlik qanunsuz reklam yayımını dayandırdı

nazirlik-qanunsuz-reklam-yayimini-dayandirdi-
Oxunma sayı: 1059


İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mağazanın pəncərəsində “Endirim 50%-ə qədər” məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) əks olunmadığı, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkar edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Əfəndiyev Samir Qəzənfər oğlu barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. 

Nigar