Nazirlik rəhbərliyi axtarışda olan şirkətin lisenziyasını ləğv etdi -

nazirlik-rehberliyi-axtarisda-olan-sirketin-lisenziyasini-legv-etdi-
Oxunma sayı: 724


Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, “İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə 27.05.2011-ci il tarixdə, qeydiyyat nömrəsi 224, turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

Adıçəkilən şirkət barəsində Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadaraq pullarını mənimsənildiyi, hazırda hüquq-mühafizə orqanları tərəfindən şirkət rəhbərliyi axtarışa verildiyi müəyyən edilib. 

Nazirlikdən bildiriblər ki, qeyd olunanları nəzərə alaraq ”İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə  verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.  

“Qafqazinfo”