Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirlər planına əsasən, mədəniyyət ocaqlarında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley mərasimləri keçirilməkdədir. Yubileylə əlaqədar yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidənin önündə mərasim təşkil olunacaq. Həmin gün axşam isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.
M.Ə.Rəsulzadənin məzarının ziyarəti və qardaş ölkədə keçiriləcək yubiley tədbirində iştirak etmək üçün mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər