“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə və səhər 4-6, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı, yolların buz bağlayacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 0-4, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər