Nazirlik şagirdlərə xəbərdarlıq etdi

nazirlik-sagirdlere-xeberdarliq-etdi
Oxunma sayı: 1838


“Qafqazinfo” xəbər verir ki, nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər, əsasən, davamlı olaraq yerli təhsil orqanları tərəfindən aparılır. Nazirlikdən bildiriblər ki, icra nümayəndəlikləri, müvafiq hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər:

"Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar".

Nazirlikdən məktəbdən yayınma hallarının qarşısı alınması məsələsinə də aydınlıq gətiriblər:

"Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur".