Nazirlik Şahbaz Xuduoğluya cavab verdi

Nazirlik Şahbaz Xuduoğluya cavab verdi
Oxunma sayı: 2489

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bu ilin 6-10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək VII Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının təşkilində Mədəniyyət Nazirliyini tənqid edib. O, “BakuPost”a müsahibəsində qurumu nəşriyyatlara dəstək olmamaqda ittiham edib. “Qanun”un rəhbəri Mədəniyyət Nazirliyinin sərginin keçirilməsi üçün nəzərdə tutulan yerdə 18 kv.m-dən 24 kv.m-dək sahənin hər bir kv.m-i üçün 150 AZN ödəniş istədiyini deyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, sözügedən sərgi özəl şirkət tərəfindən təşkil olunur: “Sərgi iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 6 kv.m. tam təchiz olunmuş stendlə ödənişsiz təmin olunur. Lakin 6 kv.m.-dən 24 kv m.-ə qədər sahə şirkət tərəfindən ödənişli əsaslarla verilir. 6 kv m.-dən artıq sahənin hər bir kv.m-i üçün 50 AZN ödəniş edilir. Bu ödəniş şirkətə aiddir.

Nazirlik sərginin yüksək səviyyədə keçirilməsi üçün naşirlərə maksimum dəstək göstərir”.