Nazirlik sakinlərin şikayətini yalan çıxardı

nazirlik-sakinlerin-sikayetini-yalan-cixardi
Oxunma sayı: 1375

Təhsil Nazirliyi Tovuz rayon Bozalqanlı kənd orta məktəbində 1200 şagirdin soyuqda qalması ilə bağlı “Qafqazinfo”da yayılmış müraciətə münasibət bildirib. 

Nazirlikdən bildirilib ki, problemlə əlaqədar Tovuz RTŞ-nin müdiri Validə Hüseynovadan məlumat alınıb. Həmin məlumatda bildirilir ki, Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbinin qazla işləyən fərdi qazanxanası var. Qazanxananın qazla təchizatı üçün “Azəriqaz” İstehsalat Birliyinə ödəniləcək vəsait RTŞ-nin büdcəsində nəzərdə tutulmayıb. Ona görə də təhsil şöbəsi “Azəristiliktəchizat”ın rayon şöbəsinin tələb etdiyi vəsaiti onların hesabına köçürə bilmir. Bununla belə təhsil şöbəsi tərəfindən həmin məktəbin odunla qızdırılması üçün zəruri tədbirlər vaxtında icra olunub.

Qeyd olunan məktəbin odunla qızdırılmasında problem yoxdur.

Günel Türksoy