Nazirlik Şəkidə ölən müəllimə ilə bağlı başsağlığı verdi

nazirlik-sekide-olen-muellime-ile-bagli-bassagligi-verdi
Oxunma sayı: 5325

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəki Xan Sarayında baş verən hadisədə dünyasını dəyişən Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin feysbuk hesabında məlumat paylaşılıb. Qurum X. Ağamalıyevanın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.