Kənd təsərrüfatı naziri Heydər Əsədov “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədi ilə “Tədbirlər planı”nı təsdiq edib.
Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, "Tədbirlər Planı"nda nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə İşçi qrupu yaradılacaq.
Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin stukturuna daxil olan və tabeliyindəki qurumların strateji inkişaf planlarının layihələri, habelə strateji yol xəritələrinin icra vəziyyətinə dair monitorinqin aparılması üçün qiymətləndirmə meyarlarının (indikatorların) müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Son xəbərlər
Son Xəbərlər