Nazirlik tender elan etdi

nazirlik-tender-elan-etdi
Oxunma sayı: 1157


Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, yazılı surətdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender təklifi zərfləri aprelin 30-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Qeyd edək ki, tenderdə iştirak etmək üçün iddiaçı sənədləri prosedurun başlanmasından 7 bank günü əvvəl təqdim olunmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir).

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 1 200 (min iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin surətini təqdim etməlidir:

AR Vergilər Nazirliyi

Hesab №–: AZ65CTRE00000000000002118401

VÖEN: 1300204521

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK:CTREAZ22

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.