Nazirlik Türkiyəyə qarşı çəkilmiş filmlə bağlı - Açıqlama yaydı - Yenilənib

nazirlik-turkiyeye-qarsi-cekilmis-filmle-bagli
Oxunma sayı: 8612

Mədəniyyət Nazirliyi Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:

“Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.

"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Bununla belə,  Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Qeyd edək ki, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib. Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirmək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Bir müddət sonra filmin nümayişi dayandırılıb.

16:28

Almaniyanın Azərbaycandakı səfirliyi də “Odda-İki bacı” filminin nümayişinin baş tutmayacağı barədə açıqlama yayıb.

Bildirilir ki, yanlış anlaşılmaması üçün filmin nümayiş etdirilməməsilə bağlı qərar verilib: “Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Bu filmin səhf anlaşılmaması üçün filmi nümayiş etdirməmək qərarına gəldik. Filmdə uzun illərdir bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var.

Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, "Landmark" kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil”.