Energetika Nazirliyi və "Azərenerji" ASC birgə operativ məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, məlumatda deyilir:
"Bir neçə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib. İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub. Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı həyata keçirilib.
Qısa müddət ərzində digərlərində də veriliş yerinə yetiriləcək. Əlaqədar dövlət strukturlkarından yaradılmış operativ əməliyyat qrupu və səhmdər cəmiyyətin mərkəzi dispetçer xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir".
Son xəbərlər
Son Xəbərlər