Nazirlik xəbərdarlıq etdi - 40 dərəcə isti olacaq

nazirlik-xeberdarliq-etdi
Oxunma sayı: 2096

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti anomal havaların davam edəcəyini bildirib.

"Qafqazinfo" xəbər verir ki, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.