Nazirlik yeni qanun layihəsi hazırladı

nazirlik-yeni-qanun-layihesi-hazirladi
Oxunma sayı: 654

ƏƏSMN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, layihədə aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları, beləliklə, dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün onlara aktiv formada dəstək verilməsi məqsədilə birdəfəlik ünvanlı sosial yardım –“Özünədəstək” proqramının icrası nəzərdə tutulub.

Bununla bağlı olaraq, layihə sənədində birdəfəlik ünvanlı sosial yardım almaq hüququna malik ailələrin sayı, həmin yardımın təyin olunması və verilməsinin hüquqi əsasları müəyyən edilib.

Qeyd edək ki, “Özünədəstək” proqramının sınaq işlərinə 2011-ci ilin aprelində Tovuz rayonunun Vahidli kəndində başlanılıb və ötən müddətdə artıq 13 rayon üzrə 281 ailə bu layihəyə cəlb edilib. Ötən ilin sonunda aparılan monitorinqin nəticələrinə görə, proqrama cəlb edilmiş ailələrin 96%-nin gəlirlərində artım baş verib və onlar artıq reabilitasiya olunublar.

Qanun layihəsi aidiyyatı təşkilatlarla razılaşdırılıb və yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq.