Nazirlikdə Aparat rəhbərinin müavini təyin olundu - Foto

nazirlikde-aparat-rehberinin-muavini-teyin-olundu
Oxunma sayı: 5512

Mədəniyyət Nazirliyində növbəti təyinat baş tutub. “Qafqazinfo” xəbər verir ki,  Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cavid Əliyev Nazirliyin Aparat rəhbərinin müavini, Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cavid Əliyev son təyinatadək Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.