Nazirlikdə cümhuriyyətin 100 illiyi qeyd olunub

nazirlikde-cumhuriyyetin-100-illiyi-qeyd-olunub
Oxunma sayı: 1118

Ekologiya və Təbii Sərvətlər Nazirliyində  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nazirliyin kollektivi və tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı iştirak edib. M.Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlərin milli şüurun formalaşmasında mühüm əhəmiyyətini və Cümhuriyyətin milli dövlətçilik tariximizdə misilsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

O, bu gün ölkədə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini qeyd edərək Cümhuriyyətin yaranması, fəaliyyəti, həmin dövrün ictimai-siyasi durumu barədə məlumat verib.