Nazirlikdə Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar

nazirlikde-heyder-eliyevin-100-illiyi-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1527

Kənd Təsərrüfatı Nazirliyində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nazirliyin Mərkəzi Aparatının əməkdaşları, Fermerlər Şurasının üzvləri, müxtəlif bölgələrdən dəvət olunmuş fermerlər iştirak ediblər.

“Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda tədbir ümummilli Llder Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan nazir Məcnun Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib: “Ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplər önəmli rol oynayıb. Bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət günümüzdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir”.

Tədbirin sonunda YAP sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.