Nazirlikdə yeni rəis təyinatı - Foto

nazirlikde-yeni-reis-teyinati
Oxunma sayı: 10095

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsinə yeni təyinat baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ETSN-in mətbuat katibi İradə İbrahimova açıqlayıb.

Bildirilib ki, bu vəzifə müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.

X. Mirzəyev bu təyinata qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.