Nazirlikdəki görüşlə bağlı açıqlama- - "Pulumuzu verəcəklər..."

nazirlikdeki-gorusle-bagli-aciqlama-
Oxunma sayı: 3732


“Qafqazinfo”ya açıqlamasında cüdo üzrə milli komandamızın üzvü Nicat Şixəlizadə bildirib ki, Gənclər və İdman Nazirliyində Azad Rəhimovla deyil, nazir müavini İsmayıl İsmayılovla görüşüblər:

“Hamımız problemlərimizi çatdırdıq. Vəziyyətimizlə bağlı şikayətimizi dedik. Onlar da bizə hər şeyin yoluna qoyulacağına dair söz verdilər. Yəqin ki, bu ayın sonuna qədər, ya da gələn ayın əvvəli pullarımızı alacağıq”. 

N. Şıxəlizadənin sözlərinə görə, görüşdə komanda yoldaşları və məşqçi heyəti iştirak edib.

Qeyd edək ki, federasiya prezidenti, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da görüşdə iştirakı gözlənilsə də, eks-nazir tədbirə qatılmayıb.

Elsevər