Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin “Miraj” korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub. Faktla bağlı “Miraj” korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120000 manat məbləğində cərimə edilib. Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Xatırladaq ki, sözügedən faktla bağlı “Qafqazinfo” həmin vaxt xəbər və videomaterial yaymışdı. Redaksiyaya müraciət edən Toğrul Əliyev adlı oxucu ağacların qeyri-qanuni olaraq kəsildiyini bildirmişdi: “Bizim binanın qarşısında qeyri-qanuni yolla tikinti işləri aparırlar. Orada binanın uşaq meydançasını zəbt edib və orada olan 10-a yaxın cavan və qoca ağaclar məhv edilib”.
Son xəbərlər
Son Xəbərlər