“Qafqazinfo” nazirliyin saytına istinadən həmin məlumatı təqdim edir:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qax şəhəri, Qax-Şəki yolunun 5-ci kilometrliyində vətəndaşlara məxsus minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sərnişinləri 1991-ci il təvəllüdlü Əjdər Paşa oğlu Liftiyev və 1993-cü il təvəllüdlü Anar İftixar oğlu Zəminli, “Mercedes” makralı minik avtomobilinin sürücüsü Samir Teymur oğlu Məcidov və sərnişin 1986-ci il təvəllüdlü Pərvin Kamil oğlu Tosov hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobillərdən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Yanğınsöndürənlər hadisə yerində yanğın təhlükəsinə qarşı müvafiq tədbirlər görüblər. Əməliyyat saat 20:51-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər