“Bakı şəhərində yaşıllıqların kütləvi kəsilməsi tikinti şirkətlərinin payına düşür”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində canlı yayım zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, adi vətəndaşlar bəzən bilərəkdən və ya bilməyərəkdən evinin qarşısında olan bir ağacı kəsirlər. Lakin tikinti şirkətləri bilmədilər ki, hansısa boş ərazini alıb tikinti apararkən 40 faiz yaşıllıq salmalıdır. Hansısa ərazini söküb yerində bina tikən zaman 25 faiz həddində yaşıllıq salmalıdırlar. Təəssüf ki, tikinti şirkətləri bu qanunvericiliyi pozurlar. Tikinti şirkətləri bəzən gecə saatlarında hansısa yollarla, ağacları qurudaraq onlara ziyan vururlar. Lakin bu halların qarşısı alınır”.
H. Əlizadə əlavə edib ki, Bakıda ötən il tikinti şirkətləri ilə bağlı 25 fakt müəyyən edilib. Onlardan 18-i ilə bağlı prokurorluq orqanlarına müraciət olunub.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər