Nazirlikdən ağaclarla bağlı daha bir - Açıqlama

nazirlikden-agaclarla-bagli-daha-bir
Oxunma sayı: 1107

Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə sosial obyektin tikintisi məqsədilə tikinti altına düşən 6 müxtəlif cinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib.

Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.