Nazirlikdən Binəqədidə kəsilən ağaclarla bağlı - - Açıqlama

nazirlikden-bineqedide-kesilen-agaclarla-bagli-
Oxunma sayı: 1380


ETSN-nin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova araşdırmanın nəticəsi barədə “Qafqazinfo” ya açıqlama verib. O bildirib ki, sözügedən ünvanda 6 ədəd qovaq ağacının qəzalı vəziyyət yaratması ilə bağlı ETSN-nin 168 saylı qaynar xəttinə müraciət daxil olub: “Nazirliyin əməkdaşları sözügedən əraziyə baxış keçirmiş, nəticədə 6 ədəd qovaq ağacının həqiqətən də qəzalı vəziyyət yaratması məlum olub.  Belə ki, qovaq ağacı 20-25 metr hündürlüyə çatdıqda təhlükə yaradır. Yəni küləkli  hava şəraiti belə ağacların sınması və aşması üçün təhlükə yaradır.  Buna görə və həm də həmin ağacların inkişafdan qalması nəzərə alaraq onların sınma təhlükəsi yaradan gövdələrinin üst hissəsində təhlükəsiz səviyyəyə qədər yəni 5-6 metr hündürlükdə budanmasına nazirliyin Dövlət Ekspertiza İdarəsi tərəfindən icazə verilib”.

Günel