"Qafqazinfo" Təhsil Nazirliyinə istinadən xəbər verir ki,Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edir.
Mediatur çərçivəsində ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə olub. Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərsdə iştirak ediblər. Gənclərin çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursat barədə geniş məlumat verilib.
Bildirilib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 kilometr məsafədə yerləşir. Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə 729 şagird təhsil alır. Ötən il məktəbin 14 məzunu tələbə adını qazanıb.
Daha sonra mediatur iştirakçıları Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar. Qonaqlar tədris ocağında Gənclərin çağırışaqədərki hazırlığı və Riyaziyyat dərslərini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər.
KİV nümayəndələri fevralın 20-də Ağdam rayonu Qaradağlı kəndindəki Ayaz Abbasov adına orta məktəbinə, Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta məktəbə səfər edəcək və bölgədəki “N” saylı hərbi hissədə şagirdlərin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyəcəklər.
Son xəbərlər
Son Xəbərlər