Nazirlikdən çörəyin qiymətinin bahalaşmasına - - Reaksiya

nazirlikden-coreyin-qiymetinin-bahalasmasina-
Oxunma sayı: 1327


“İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinq zamanı çörəyin qiymətində heç bir artım qeydə almayıb. Bəzi KİV-də çörəyin qiymətinin artması ilə bağlı yayılan xəbərlər əsassızdır”. 

Qeyd edək ki, modern.az saytı təndir çörəklərinin qiymətində 40 qəpikdən 50 qəpiyədək bahalaşma müşahidə edilməsi ilə bağlı xəbər yaymışdı. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən isə bildirilmişdi ki, ölkədə istənilən qədər taxıl ehtiyatı var və hər hansı qıtlıqdan, bahalıqdan söhbət gedə bilməz.