Xəbər verdiyimiz kimi, Ermənistanın atıcılıq yığma komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Gənclər və İdman Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verib.
O bildirib ki, həmişə olduğu kimi bu dəfə də bütün iştirakçı ölkələrin idmançı və nümayəndə heyəti üzvlərinin təhüksəziliyi təmin olunacaq.
Qeyd edək ki, dünya çempionatı 14 avqust – 3 sentyabr aralığında baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər