Nazirlikdən geri çağırılan Dormofol dərmanı barədə açıqlama

Nazirlikdən geri çağırılan Dormofol dərmanı barədə açıqlama
Oxunma sayı: 994

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Türkiyə Respublikasında geri çağırılmış Dormofol dərman vasitəsi barədə açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Respublikasının Səhiyyə Nazirliyini hərəkətə keçirib və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.

İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və ölkəyə idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi