Nazirlikdən kitabxana rəhbərlərinə tapşırıq

nazirlikden-kitabxana-rehberlerine-tapsiriq-
Oxunma sayı: 664

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bundan sonra şəhər, rayon kitabxanalarına (onların filiallarına) ali və orta ixtisas təhsilli (o cümlədən ali təhsilli), habelə kompyuter biliklərini və informasiya texnologiyalarını mənimsəmiş mütəxəssislər işə qəbul olunmalıdırlar.
Nazirlik bu addımı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın və Nazirlər Kabinetinin “Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştatları haqqında” Qərarın icrasını təmin etmək məqsədi ilə atıb.
Nigar Məmmədli