"Qafqazinfo" xəbər verir ki, AzNews.az məsələ ilə bağlı yenidən aktrisayla əlaqə saxlayıb.
Əməkdar artist bildirib ki, mətbuatın məsələni işıqlandırmasından sonra da Mədəniyyət və Turizm Nazirliyindən heç kim onunla maraqlanmayıb: “Bu dəqiqə dializ qəbul edirəm. Nazirlikdən heç kim maraqlanmayıb. Yalnız sənət yoldaşlarım mənə baş çəkiblər.
Yaxşı ki, dializə görə pul ödəmirəm. Bunu hökumət öz üzərinə götürüb”.
Xatırladaq ki, G. Salmanova şəkər xətəliyindən əziyyət çəkir. Bundan başqa, onda ankoloji xəstəlik də aşkar edilib.
Son xəbərlər
Son Xəbərlər