Nazirlik onlardan xəbərsiz ağac budayanlardan polisə şikayət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Binəqədi RPİ 7-ci Polis Bölməsinə məktub daxil olub.
Məktubda qeyd olunub ki, M.Məmmədxanlı küçəsində zeytun və 3 ədəd tut ağaclarının yuxarı çətir budaqları naməlum şəxslər tərəfindən kəsilib.
Müraciət əsasında araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər