Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti haqqında məlumat açıqlayıb.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.
“Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə? qardaşının himayəsinə veriləcək”, - vurğulanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilib. Bu isə ictimaiyyətin narazılığına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər