Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Yıldız Tilbe tvitterdə Səhiyyə Nazirliyinə müraciət edərək “Donuz yemiriksə, niyə qripinə yoluxuruq? Bu virusdan xilas olmaq, sağlam yaşamaq istəyirik. Millət olaraq xəstəyik. Bunun axırı necə olacaq? Biz yazıq deyilik? Xəstəlikdən yorğun düşmüşəm. Səhiyyə Nazirliyi bizə pulsuz dərmanlar paylasın” deyə bildirmişdi. “Qafqazinfo”nun məlumatına görə, Səhiyyə naziri Fəxrəddin Qocanın sənətçiyə cavabı gecikməyib.
Nazir Tilbeyə ailə həkiminə müraciət etməyi tövsiyə edib: “Yıldız xanım ailə həkiminə müraciət edərsə, o yolla dərmanları ödəniş etmədən əldə edə bilər. Və yaxud da hər hansı bir həkim resept yazanda dövlət o dərmanların xərcini qarşılayır. Qripdən özünü qorumağın ən önəmli üsulu isə əlləri tez-tez yumaq, istirahət etmək və bol miqdarda maye içməkdir”.
Son xəbərlər
Son Xəbərlər