Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Yeni Müsavat”a açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını bildirdi: “Məsələ ilə bağlı Ekologiya Nazirliyi araşdırma aparır. Milli Elmlər Akademiyasının Nəbatat bağının rəhbərliyinə məktub göndərilib. Əgər kəsilən ağaclarla bağlı qanun pozuntusu aşkara çıxarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Mərkəzi Botanika bağının mətbuat xidmətindən APA-ya verilən məlumata görə isə ərazidən çıxarılan ağaclar bağın digər hissələrinə köçürülüb və artıq əkilib: “Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil. Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqurma işlərinin aparılması gözlənilir. Ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur”.
Son xəbərlər
Son Xəbərlər