Nazirlikdən reklam olunan dərmanlarla bağlı - Açıqlama

Nazirlikdən reklam olunan dərmanlarla bağlı
Oxunma sayı: 1535

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə reklam olunan dərman preparatları və onu reklam edən şəxs haqda məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, məlumatda nazirliyin həmin preparatlara görə heç bir məsuliyyət daşımadığı qeyd olunub:

“Bəzi KİV-də (İnstagram) Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub. Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib”.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi