Nazirlikdən saxta məktəbli geyimləri ilə bağlı- - Açıqlama

nazirlikden-saxta-mektebli-geyimleri-ile-bagli-
Oxunma sayı: 1599


İqtisadiyyat və Sənaye Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Belə ki, mağazada “Bakı Tikiş  Evi” ASC-yə məxsus “BTE” və “BTE Apparel”  əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar Vüqar Rzayev barəsində müvafiq tədbirlər görülür.

“Qafqazinfo”