Nazirlikdən teledərslərlə bağlı açıqlama

nazirlikden-telederslerle-bagli-aciqlama
Oxunma sayı: 1785

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov teledərslərlə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, o bildirib ki, iyunun 16-dan "Teledərs"lər yeni formatda efirdə olacaq:

"Biz 16 iyundan 17 iyuladək yeni formatda yenə də efirdəyik.

Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş,informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək.
"Abituriyentlər üçün dərs vaxtı"nı izləyin.