“Hazırkı vəziyyətlə əlaqədar olaraq təqaüd şansı qazanmış tələbələrin siyahısı imtahan sessiyasından sonra yox, yeni tədris ili başlayan zamana, yəni, sentyabrın 15-nə kimi müəyyən ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bu söləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov mətbuat konfransında deyib. Sektor müdiri bildirib ki, həm yay sessiyasında iştirak edən, həm də sonradan imtahanda iştirak şansı yaradılan tələbələrin adı təqaüd siyahısına salınacaq.
Ancaq burada tələbələr sadəcə təqaüd qazanmaq üçün müsabiqədə iştirak edir. Bu, o demək deyil ki, onun üçün təqaüd təşkil olunur”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər