“Qafqazinfo”nun məlumatına görə, bu barədə deputat Qənirə Paşayeva məlumat verib.
“Bu gün Səhiyyə Nazirliyinin Tibb Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllimlə danışdıq və o bütün tapşırıqları verdi. Şairin evinə təcili tibbi yardım göndərdi. Şair Səhiyyə Nazirliyinin tapşırığı ilə yaxşı mütəxəsislərin olduğu xəstəxanaya yerləşdirildi. Gülmirzə müəllim Adil bəyin sağalması istiqamətində xəstəxanaya bütün tapşırıqların verildiyini bildirdi” – deyə, deputat qeyd edib.